Bu, Prezidentin 22 illik fəaliyyətinin ən yüksək nəticəsidir - Vüqar Bayramov

11:26 31.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Gələn həftə işğalçı Ermənistan üzərində qazandığımız 44 günlük Zəfərin 5 ili tamam olur. Bu beş il ölkə Prezidentinin 22 illik fəaliyyətinin ən yüksək, qürurverici nəticəsidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.

Deputat Azərbaycan itisadiyyatının üç mərhələdən keçdiyini deyib və bu günkü uğurlu inkişafına diqqət çəkib.

O, Bildirib ki, AXC-Müsavat cütlüyünün hakimiyəti düvründə tənəzzül edən iqtisadiyyatımız, ulu öndərin hakimiyyəti dövründə dirçəldi, ölkə başçısı İlham Əliyevin 22 illik fəaliyyətində daha da inkişf etdi:

“Azərbycan iqtisadiyyatı getdikcə artır. Amma toksit müxalifət sosial şəbəkələrdə islahatlara kölgə salmağa çalışır. Lakin onların göstərdiyi toksik qərəz yalnız özlərini zəhərləyəcək”.